Bələdçilər

CM360 & SA360 & Google Ads

  1. Ana səhifə
  2. İnsaytlar
  3. Bələdçilər
  4. CM360 & SA360 & Google Ads
CM360 & SA360 & Google Ads

Bu təlimat CM360, SA360 və Google Ads platformalarını bir-biri ilə əlaqələndirməyə kömək edəcək. Beləliklə, siz axtarış kampaniyalarınızın effektivliyi barədə məlumatları, həmçinin “display” kampaniyalarınızın datalarını vahid və etibarlı bir mənbədə toplayıb təhlil edə bilərsiniz.

CM360, SA360 və Google Ads inteqrasiyasının üstünlükləri:

  • Kompleks analiz və atribusiya: Bütün platformaların məlumatlarını vahid ekosistemdə birləşdirin. SA360 məlumatlarının CM360-a idxalını avtomatlaşdırın və konversiyaların mənbəyini dəqiq müəyyən etmək üçün qabaqcıl atribusiya modellərindən istifadə edin. Vahid “Floodlight” teqləri kanallar və platformalar arası konversiyaların təkrar sayılmasının qarşısını alır.
  • Kampaniyaların idarə edilməsi üçün xüsusi imkanlar: Digər kanallarda mövcud olmayan güclü alətlərdən yararlanın: iş proseslərinin optimallaşdırılması üçün çevik şablonlar, platformalararası portfel təklif strategiyaları və birgə büdcə planlaşdırılması.
  • Floodlight əsasında təkliflərin optimallaşdırılması: Təkliflərin fərdi şəkildə optimallaşdırılması və maksimum performans əldə edilməsi üçün Floodlight datalarından istifadə edin.
  • Google Ads və CM360 inteqrasiyası: CM360 və Google Ads arasında məlumat fərqlərini minimuma endirərək maksimum effektiv və qənaətli əlaqə qurun. Search Ads 360 təklif strategiyaları sayəsində Google Ads-də real vaxt rejimində təkliflərin üstünlüklərindən yararlanın.
  • Mərkəzləşdirilmiş planlaşdırma və idarəetmə: Multikanallı reklam fəaliyyətini tək bir platformadan planlaşdırın və idarə edin.
  • Konversiya dəyərinin sürətli tənzimlənməsi: Həm sub-menecer, həm də kampaniya səviyyəsində fərdi konversiya dəyəri qaydalarınızı yaradın; dəyişən parametrlər, mürəkkəb konversiya formulaları və weighted konversiyalar əlavə edin.
CM360 & SA360 & Google Ads
Bələdçini yükləyin

    Bələdçi e-poçt ünvanınıza göndərilib :)